Onlayn ictimai-siyasi qəzet
Portuqaliya Prezidenti Marselo Rebelu de Souza martın 13-ü axşamı müraciətində parlamentin buraxılmasını elan edib.
“Report” xəbər verir ki, dövlət başçısının çıxışını RTP telekanalı yayımlayıb.
Qanunverici orqan martın 11-də Luiş Monteneqrunun hökumətinə etimadsızlıq göstərib. Portuqaliya Prezidentinin qərarı Dövlət Şurasının – konstitusiyaya əsasən, bu cür qərarlar üçün iştirakı məcburi olan məsləhət orqanının iclasından sonra qəbul edilib.
De Souza parlamentin buraxılmasından sonra növbədənkənar seçkilərin “əksər partiyaların üstünlük verdiyi tarix” olan mayın 18-də keçiriləcəyini bildirib.
Qeyd edək ki, bu, son üç ildə ölkədə keçirilən üçüncü parlament seçkiləri olacaq.
14 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ