Onlayn ictimai-siyasi qəzet
Polşa prezidenti Ancey Duda Rusiyanın mümkün təcavüzündən qorunmaq məqsədilə ABŞ-yə çağırış edib.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Ancey Duda bu məqsədlə ABŞ-nin öz nüvə silahlarını Polşa ərazisinə gətirməli olduğunu deyib.
"The Financial Times" qəzetinin yazdığına görə, o, bu yaxınlarda ABŞ-nin Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Keyt Kelloqla bu ehtimalı müzakirə edib.
Gələn məlumatlara əsasən bununla bağlı son qərarı ABŞ prezidenti Donald Tramp verəcək. Duda Rusiyanın Belarusda nüvə silahı yerləşdirdiyini xatırladıb: “Onlar heç kimdən icazə istəməyiblər”.
Musavat.com
14 Mart 2025
13 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ