Onlayn ictimai-siyasi qəzet
Polşada daha bir azərbaycanlı polyaklar tərəfindən döyülüb.
Musavat.com xəbər verir ki, döyülən azərbaycanlı Polşada təhsil alır, tələbədir.
Hadisə ötən həftənin altıncı günü (24 avqust) baş verib.
Tələbə Bakıya gəlirmiş. O, yolüstü alış-veriş etmək üçün mağazaya gedib. Burada onu polyaklar təhqir ediblər.
Daha sonra deyiblər ki, Polşa yalnız polyaklar üçündür. Bundan sonra onu döyüblər.
Onu da qeyd edək ki, Polşada azərbaycanlılara qarşı bu cür hərəkətlər tez-tez edilir.
Xüsusilə də orada yaşayan ermənilər tərəfindən soydaşlarımıza hücumlar olur, onları qətlə belə yetirirlər.
27 Noyabr 2024
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ