İnsanlara hürriyət, millətlərə istiqlal!

Polşa ordusunun sayını ARTIRDI: 2035-ci ilə qədər...

Polşa son 8 ildə ordusunun sayını demək olar ki, 2 dəfə artırıb.

Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Polşanın müdafiə naziri Mariuş Blaşçak mikrobloqda yazıb.

"Artıq əllərində silah olan 186 mindən çox əsgərimiz var. Biz ardıcıl olaraq Avropanın ən güclü quru qoşunlarını yaradırıq", – deyə o bildirib.

Mart ayında Polşa hökumətinin mətbuat katibi Piotr Müller 2015-ci ildə silahlı qüvvələrinin sayının 95 min əsgər olduğunu bildirib.

Bundan əvvəl Polşa Müdafiə Nazirliyi 2035-ci ilə qədər hərbçilərinin sayını 300 min nəfərə çatdırmaq niyyətində olduğunu açıqlayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR