İnsanlara hürriyət, millətlərə istiqlal!

Polşa on minlərlə ukraynalının yardımını kəsəcək

Polşada yaşayan ukraynalı qaçqınlar da daxil olmaqla əcnəbilərin təxminən 10%-i yanvar ayından etibarən sosial müavinətlərdən məhrum olacaq.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu açıqlamanı Polşanın daxili işlər nazirinin müavini Maçey Duşik “TVP info”nun efirində verib.

Siyasətçi qeyd edib ki, hökumətin təşəbbüsü parlament və prezident tərəfindən təsdiqlənərsə, ödənişlərə yeni nəzarət sistemi 2026-cı ilin yanvarından tətbiq ediləcək. O, həmçinin aydınlıq gətirib ki, ukraynalı qaçqınların pulsuz bahalı tibbi xidmətlər almaq imkanları azalacaq.

Hazırda Polşada 900 mindən çox ukraynalı qaçqın yaşayır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR