İnsanlara hürriyət, millətlərə istiqlal!

Polşa irimiqyaslı hücum silahları alır - media

Polşa irimiqyaslı hücum silahları alır. Köşə yazarı Euteniuş Zinkeviç bu barədə "Myśl Polska"da dərc etdiridiyi məqalədə yazıb.

Zinkeviç vurğulayıb ki, Polşa hökuməti silahlanma ilə bağlı “cəsarətli planlar” həyata keçirir. “Bu silahların alışlarının elan edilmiş siyahısına və onların miqdarına əsasən, məndə güclü təəssürat yaranıb ki, biz müharibəyə hazırlaşırıq. Ona görə də sualım belədir: "Müharibə nə vaxtdır?" -  o, məqaləsində sual verib.

Müəllif vurğulayıb ki, hakimiyyət Kiyevin təcrübəsini nəzərə almır, çünki onlar Qərb silahlarına həddən artıq arxalanırlar. Onun fikrincə, texnikanın “dəhşətli texniki vəziyyəti” Ukrayna Silahlı Qüvvələrinin Rusiya qüvvələri ilə “qələbə döyüşü” apara bilməməsinə səbəb olub.

Zinkeviç etiraf edib ki, Ukraynanın strategiyasının dəyişdirilməsi müharibə zonasında vəziyyəti dəyişməyəcək, ancaq “Ukraynanın tam məğlubiyyətini” gecikdirəcək.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR