İnsanlara hürriyət, millətlərə istiqlal!

Polşa baş nazirindən Orbana xəbərdarlıq: Əgər bunu etsə, demək...

Avropa İttifaqına sədrlik edən Polşanın baş naziri Donald Tusk Macarıstanın baş naziri Viktor Orbana Rusiyaya qarşı sanksiyaların uzadılmasına veto qoyacağı təqdirdə nəticələri ilə bağlı ciddi xəbərdarlıq edib.

Musavat.com xəbər verir ki, Polşa baş naziri xəbərdarlığını X hesabında yayıb:

“Əgər Macarıstanın Baş naziri Viktor Orban müharibənin mühüm məqamında Rusiyaya qarşı Avropa sanksiyalarını həqiqətən bloka salarsa, tamamilə aydın olacaq ki, o, Avropanın təhlükəsizliyi və gələcəyi üçün bu böyük oyunda o, bütün nəticələri ilə bizim – Avropanın deyil, Rusiya Prezidenti Vladimir Putinin komandasında oynayır”.

Yanvarın 24-də Orban deyib ki, sanksiyaların uzadılması ilə bağlı yanvarın 27-də keçiriləcək müzakirələrlə əlaqədar Macarıstan Ukraynadan üç şərti yerinə yetirməyi tələb edir: Rusiya qazının tranzitinin bərpası, “Türk axını”na hücumlara son qoyulması və neftin ölkə ərazisindən tranzitinn dayandırılmayacağına söz verilməsi. Orban bildirib ki, Budapeştin gələcək sanksiyalarla bağlı mövqeyi Kiyev və Brüsselin reaksiyasından asılı olacaq.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Yanvar 2025

26 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR