İnsanlara hürriyət, millətlərə istiqlal!

Politoloq həbsdə qaldı - 8 qrant layihəsinin pulunu “yeyib”

Bakı Apellyasiya Məhkəməsində hakim Cavid Hüseynin sədrliyi ilə Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi sədrinin beynəlxalq əlaqələr üzrə sabiq müşaviri Cəbrayıl Fərzəliyevin apellyasiya şikayətinə baxılıb.

Musavat.com xəbər verir ki, keçiriləcək prosesdə qərar elan olunub.

Məhkəmə Cəbrayıl Fərzəliyevin şikayətini əsassız hesab edib və Bakı Ağır Cinayətlər Məhkəməsinin onun barəsindəki hökmünü qüvvədə saxlayıb.

Xatırladaq ki, Cəbrayıl Fərzəliyev 10 il azadlıqdan məhrum edilib. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla), 179.3.2-ci (Mənimsəmə və ya israf etmə külli miqdarda törədildikdə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirli bilinib. İş üzrə ümumilikdə 727 min manat ziyan müəyyən olunub.

Hakim partiyanın Gənclər Birliyinin üzvü olan Cəbrayıl Fərzəliyev “Paşa Bank”dan pulu “Gənclər Fondu”ndan müxtəlif işlər görmək üçün alıb.

Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzində (BMAM) sədrin beynəlxalq əlaqələr üzrə müşaviri kimi fəaliyyət göstərən Cəbrayıl Fərzəliyev həmçinin bir sıra başqa təşkilatlarda da təmsil olunub. O, Gənclər Fondu ilə müəyyən layihələr həyata keçirmək üçün qrant müqavilələri bağlayıb. Onların arasında “Qayıdışın izi ilə” adlı filmin hazırlanması da daxil olmaqla, müxtəlif işlərin görülməsi olub.

Cinayət işinin materiallarında iddia olunur ki, Cəbrayıl Fərzəliyev “Böyük Qayıdış” Gənclər Təşkilatı İctimai Birliyinin üzvü Nail Şükürovun adından sənədləri imzalayıb, ayrılan vəsaitlər təyinatı üzrə xərclənməyib və s.

İş üzrə “Paşabank” ASC və Azərbaycan Respublikasının Gənclər Fondu zərərçəkmiş kimi tanınıb. Cəbrayıl Fərzəliyev “Azərbaycan Respublikasının Gənclər Fondu”na 385 min manat, “Paşabank” ASC-yə qarşı isə 342 min manat mənimsəmədə ittiham olunurdu. C.Fərzəliyev politoloq kimi fəaliyyət göstərib. 2018-ci ildə Gənclər Fondunun maliyyə dəstəyi ilə 8-ci qrant müsabiqəsinin qalibi olub. Qrant layihələrindən əldə etdiyi məbləğləri ələ keçirməkdə suçlu bilinib.

E.Məmmədəliyev,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR