İnsanlara hürriyət, millətlərə istiqlal!

Politoloq: “Azərbaycan erməni təxribatını yerindəcə boğur” 

 
“Ermənistanın Azərbaycanla sülh danışıqlarına əməl etməkdən başqa yolu qalmayıb”.
 
Musavat.com-un məlumatına görə, bu fikirlər Sosial Tədqiqatlar Mərkəzinin baş mütəxəssisi, politoloq Tural İsmayılova məxsusdur.
 
Ekspertin sözlərinə görə, Ermənistan rəhbərliyi yaxşı başa düşür ki, dövlətçiliyin yeganə xilas yolu Azərbaycanla barışıqdan və Türkiyə ilə münasibətləri normallaşdırmaqdan keçir:
 
“Bu baxımdan hesab edirəm ki, Ermənistan iqtidarının sülh prosesi ilə bağlı qeyri-səmimi açıqlamaları daha çox Ermənistana təzyiq göstərərək prosesi pozmağa cəhd edən qüvvələrə, diasporaya və daxili auditoriyaya yönəlib”.
 
Politoloq Ermənistan rəhbərliyinin ziddiyyətli açıqlamalarına da diqqət çəkib: “Əvvəla, Nikol Paşinyan özü də etiraf etmişdi ki, Qarabağın Azərbaycanın tərkibindən kənarda gələcəyi yoxdur. İndiki dövrdə Paşinyanın saxta və ikiüzlü bəyanatları Qarabağın erməni əhalisini çaşdırmağa hesablanıb. Eyni zamanda Ermənistandakı hakim komandanın nə çərənləməyindən asılı olmayaraq, Ermənistanın bölgədə hansısa nüfuzu və proseslərə təsir imkanı yoxdur. Hətta Ermənistanı dəstəkləyənlər də yaxşı bilir ki, İrəvan Azərbaycan və Türkiyə faktoruna qarşı heç nə edə bilməz”.
 
Tural İsmayılovun sözlərinə görə, bu baxımdan Paşinyan, Mirzoyan və digərlərinin erməni cəmiyyətinə yönəlik yalanlarının real siyasi dəyəri mövcud deyil və ola da bilməz:
 
“Ermənistan hərtərəfli sınmış dövlətdir. Azərbaycan hər bir erməni təxribatını yerindəcə boğur. Ermənistanın növbəti təxribatları yeni “Qisas” əməliyyatları deməkdir. Ermənistan iqtidarı bu ölümcül zərbələri bildiyi üçün boşboğazlıqlarını real addıma çevirməyəcək”.
 
ELŞAD,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR