Onlayn ictimai-siyasi qəzet
Plastik butulkalar sağlamlığımız üçün təhklükəlidir.
Bu barədə Avstriyanın Dunay Universitetinin alimləri araşdırma aparıblar.
Müəyyən ediblər ki, plastik butulkalarda olan içkilərin qəbulu mikroplastiklərin qan dövranına daxil olmasına səbəb ola bilər. Bu da qan təzyiqini artırır və ürək xəstəlikləri yaradır.
Elmi araşdırmanın yekun hesabatında deyilir:
"Qan təzyiqində müşahidə etdiyimiz dəyişikliklər plastik hissəciklərin qəbulunun azaldılmasının ürək-damar riskini azalda biləcəyini göstərir. Keçmiş tədqiqatlarda tüpürcəkdə, ürək toxumasında, qaraciyərdə, böyrəkdə və plasentada mikroplastiklər aşkar edilmişdir”.//Medicina.az
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ