İnsanlara hürriyət, millətlərə istiqlal!

PKK terror qruplaşmasının əsas rəhbərlərindən birinin cangüdəni məhv edilib

PKK terror qruplaşmasının əsas rəhbərlərindən biri olan Murad Karayılanın cangüdəni məhv edilib.

“Report” xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Əli Yerlikaya sosial səhifəsində yazıb.

Məlumata görə, dekabrın 4-də “Kahramanlar-32” adı altında antiterror əməliyyatı keçirilib. Türkiyənin Mardin əyalətinin Darkeçid rayonunun Alayurt məhəlləsində 2 terrorçu zərərsizləşdirilib. Aparılan DNT analizi nəticəsində onlardan birinin “Herekol Hezek” kod adlı Yunus Araş olduğu müəyyən edilib. O, 2019-cu ildə İraqın şimalında PKK terror qruplaşmasının başçıslarından Murat Karayılanının cangüdəni olub. Y.Araş təhlükəsizlik qüvvələrinə qarşı terror hücumlarının fəal iştirakçılarından olduğu da bildirilib.

Qeyd edək ki, M.Karayılan PKK-nın başçısı Abdulla Öcalandan sonra qruplaşmada əsas fiqur sayılır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR