İnsanlara hürriyət, millətlərə istiqlal!

Peyklər Rusiya aviabazalarına edilən hücumlardan real ziyanı göstərib

Yeni peyk görüntülərinin təhlili Ukrayna pilotsuz təyyarələrinin Rusiya hava bazalarına son hücumlarının dəqiq nəticələrini müəyyən etməyə imkan verib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, İrkutsk vilayətindəki “Belaya” aerodromunda üç Tu-95 bombardmançı və üç Tu-22 raketdaşıyıcısı tamamilə məhv edilib, daha bir strateji bombardmançı isə zədələnib.

Murmansk vilayətindəki “Olenya” aviabazasında da zərbə ciddi olub: videoçəkilişlər və müşahidə məlumatları göstərir ki, iki Tu-95MS və bir An-12 hərbi-nəqliyyat təyyarəsi tamamilə yanıb. Daha iki strateji bombardmançı zədə aldıqdan sonra təmirə ehtiyac duyur.

Bu məlumatlar iyunun 1-də həyata keçirilən hücumların effektivliyi ilə bağlı ilkin məlumatları təsdiqləyir. Rusiyanın Ukrayna ərazisinə zərbələr endirmək üçün istifadə etdiyi təyyarələrin məhv edilməsi xüsusi əhəmiyyət kəsb edir. Ekspertlərin fikrincə, bu cür itkilər Ukraynaya raket hücumlarının intensivliyini müvəqqəti azalda bilər.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2025

03 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR