Onlayn ictimai-siyasi qəzet
Ukraynanın əhəmiyyətli hissəsi Rusiyanın tərkibinə qayıtmaq istəyir və vəziyyətə görə artıq bunu edib.
Musavat.com TASS agentliyinə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ lideri Donald Trampın Ukraynanın Rusiyanın bir hissəsi ola biləcəyi ilə bağlı sözlərinə münasibət bildirərkən deyib.
“Ukraynanın əhəmiyyətli hissəsinin Rusiyanın tərkib hissəsi olmasını istəməsi və onun artıq Rusiyaya çevrilməsi faktdır. Rusiyanın artıq 4 yeni regionu var. Çox sayda təhlükəyə baxmayaraq, insanlar növbəyə dayanaraq referendumda Rusiya Federasiyasına qoşulmaq üçün səs verdilər. Bu da prezident Trampın sözlərinə uyğundur”, - Peskov bildirib.
Qeyd edək ki, daha əvvəl Tramp “Fox News” telekanalına müsahibəsində bir gün Ukraynanın “Rusiyanın tərkibinə keçə biləcəyini”, ABŞ hökumətinin Ukraynadan xərclədiyi bütün pulları “geri qaytarmaq” istəyəcəyini istisna etməyib. ABŞ prezidenti Ukraynanın nadir torpaq metalları şəklində təqribən 500 milyard dollar dəyərində ekvivalent almaq istədiyini qeyd edib.
Nigar HƏSƏNLİ,
Musavat.com
01 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ