İnsanlara hürriyət, millətlərə istiqlal!

Peskovdan Suriya açıqlaması: “Təmaslar davam edir”

Moskva Dəməşqlə bütün vacib məsələlər üzrə dialoq aparır.

Musavat.com Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.

“Biz bütün cari məsələlər üzrə Suriya rəhbərliyi ilə təmaslarımızı davam etdiririk”, - Kreml nümayəndəsi bildirib.

O bunu Tartus limanı ətrafında yaranmış vəziyyət kontekstində qeyd edib. Bundan əvvəl Suriyanın yeni hakimiyyət orqanlarının 2019-cu ildə Rusiya şirkəti ilə bağladığı dəniz limanının idarə edilməsinə dair investisiya müqaviləsinə xitam verdiyi barədə məlumatlar yayılıb. Peskov bununla bağlı Müdafiə Nazirliyi və Xarici İşlər Nazirliyinə sual verməyi təklif edib.

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR