İnsanlara hürriyət, millətlərə istiqlal!

Peskovdan Durov açıqlaması: "Putin Bakıda olan zaman..."

Rusiya Prezidenti Vladimir Putin Bakıya son səfəri zamanı “Telegram”ın yaradıcısı Pavel Durovla görüşməyib.

Musavat.com Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib:

 "Durovun konkret nədə ittiham olunduğunu hələ bilmirik. Bununla bağlı hələlik heç bir rəsmi açıqlama eşitməmişik. Durovun konkret olaraq nədə günahlandırılmasına dair vəziyyətin aydın olmasını gözləməliyik. Bu olmadan bəyanatlar vermək düzgün olmazdı”, - deyə prezidentin mətbuat katibi Peskov bildirib.

Durovun saxlanması ilə bağlı Fransa hakimiyyətinin rəsmi təfərrüatları bu gün gözlənilir.

Xatırladaq ki, Rusiya Federasiyasının Prezidenti avqustun 18-19-da Bakıda dövlət səfərində olub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR