İnsanlara hürriyət, millətlərə istiqlal!

Peskov: “Rusiya və Ermənistanın mövqeyi diametral şəkildə fərqlənir”

“Ukrayna məsələsində Moskva ilə Ermənistan tərəfinin mövqeləri diametral şəkildə fərqlidir”.

Musavat.com TASS-a istinadla xəbər verir ki, bu barədə Kremlin rəsmi sözçüsü Dmitri Peskov bu gün jurnalistlərlə söhbəti zamanı bildirib.

"Rusiya və Ermənistanın Ukrayna ilə bağlı mövqeləri tamamilə fərqlidir, Rusiya Federasiyası bunun düzgün olduğunu israrla izah etməyə davam edəcək", - Peskov bildirib.

Qeyd edək ki, ötən gün Ermənistan hökumətinin başçısı Nikol Paşinyan İrəvanın Ukraynada aparılan müharibədə Rusiyanın müttəfiqi olmadığını bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR