Onlayn ictimai-siyasi qəzet
Rusiya xüsusi xidmət orqanları prezident Vladimir Putinin təhlükəsizliyini təmin etmək üçün lazım olan hər şeyi edir.
Musavat.com TASS-a istinadən xəbər verir ki, bunu dövlət başçısının mətbuat katibi Dmitri Peskov keçirdiyi brifinqdə jurnalist Taker Karlsonun ABŞ rəhbərliyinin guya Rusiya liderinə sui-qəsd planlaşdırması ilə bağlı açıqlamalarını şərh edərkən bildirib.
“Rusiya xüsusi xidmət orqanları ictimai təhlükəsizliyi və təbii ki, dövlətin himayəsində olan şəxslərin, ilk növbədə dövlət başçısının təhlükəsizliyini təmin etmək üçün hər zaman bütün lazımi tədbirləri görür”, - Kreml sözçüsü əlavə edib.
Taker Karlson qeyd edib ki, Putinə sui-qəsd planları keçmiş ABŞ prezidenti Co Baydenin administrasiyası tərəfindən hazırlanıb.
Nigar HƏSƏNLİ,
Musavat.com
30 Yanvar 2025
29 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ