İnsanlara hürriyət, millətlərə istiqlal!

Peskov Priqojinin ölümündə Putinin əli olması iddialarını təkzib etdi

Rusiya Federasiyası prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib ki, Moskva-Peterburq reysi ilə ilə uçan şəxsi təyyarənin qəzaya uğraması, təyyarədə olan sərnişinlərin, o cümlədən Yevgeni Priqojinin faciəli şəkildə həlak olması ətrafında çoxlu fərziyyələr var.

Musavat.com Rusiya mediasına istinadla xəbər verir ki, bu barədə danışan D.Peskov deyib: “Aydındır ki, Qərbdə onları müəyyən bir bucaqdan ötürürlər. Bütün bunlar yalandır”.

Peskovun sözlərinə görə, faktlara əsaslanmaq lazımdır və hələ ki əldə çox fakt yoxdur. “Onlara istintaq hərəkətləri zamanı aydınlıq gətiriləcək”, - deyə Peskov əlavə edib və prezidentin cümə axşamı günü yaxın vaxtlarda yekunlaşacaq istintaqın nəticələrini gözlədiyini dediyini xatırladıb.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR