İnsanlara hürriyət, millətlərə istiqlal!

Pentaqon “taxıl məsələsi”ndə Rusiya ilə kəllələşmək istəmir

“ABŞ-ın Qara dənizdə hərbi potensialı yoxdur”.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bunu Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinq Ukraynadan taxıl ixracı üçün “hərbi həll yolları”nın mümkünlüyünü şərh edərkən deyib.

“Bizim Qara dənizdə heç bir obyektimiz yoxdur... Hazırda hesabat vermək üçün heç bir elana və ya qərara malik deyiləm. Biz baş verənləri izləməyə davam edəcəyik”, - Sinq deyib və əlavə edib ki, Vaşinqton Rusiya ilə müharibə istəmir.

Avqustun 15-də “The Wall Street Journal” ABŞ administrasiyasındakı mənbələrə istinadən yazıb ki, Birləşmiş Ştatlar Dunay limanları vasitəsilə Ukraynadan kənd təsərrüfatı məhsulları daşıyan gəmiləri qorumaq üçün “hərbi həll” variantlarını nəzərdən keçirir.

Bundan əvvəl məlum olub ki, ABŞ taxıl müqaviləsinə xitam verildikdən sonra Ukrayna taxılının ixracından ötrü alternativ marşrutlar yaratmaq üçün Türkiyə, Ukrayna və digər Şərqi Avropa ölkələri ilə danışıqlar aparır. Qeyd olunub ki, Vaşinqtonun dəstəklədiyi plan Ukraynanın oktyabr ayına qədər Dunay boyunca ayda 4 milyon ton taxıl ixrac etmək üçün "gücünü artırmağı" nəzərdə tutur.

Bir gün əvvəl “Kommersant” qəzeti Türkiyə mətbuatına istinadən yazıb ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya lideri Vladimir Putinin gözlənilən səfəri zamanı Qara dəniz limanları vasitəsilə Ukraynanın kənd təsərrüfatı məhsullarının dünya bazarlarına tədarükünün bərpa olunmasına dair razılaşma əldə etməyi planlaşdırır.

Artıq taxıl müqaviləsi çərçivəsində hərəkət edən sonuncu gəmi Qara dənizi tərk edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR