Onlayn ictimai-siyasi qəzet
ABŞ Müdafiə Nazirliyi (Pentaqon) İlon Maskla əlaqəli olan yüksək vəzifəli şəxsi – Castin Fulçeri vəzifədən azad edib.
Musavat.com xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.
Bildirilir ki, Fulçer Pentaqonda dövlət vəsaitlərinin qənaəti üzrə məsul olan və Maskın təsis etdiyi DOGE (Department of Government Efficiency) strukturunda çalışırdı. Sonradan o, nazirlikdə baş məsləhətçi vəzifəsinə yüksəlmişdi.
Fulçer isə “Daily Mail”ə açıqlamasında istefasını “tamamilə dostyana ayrılıq” kimi qiymətləndirib və hər hansı qalmaqallı səbəbin olmadığını deyib.
Qeyd edək ki, Pentaqonun bu qərarı Maskın siyasi və texnoloji nüfuzunun artdığı bir dönəmə təsadüf edir. ABŞ mediası isə bu addımı Maskın hökumət dairələrindəki təsirinə dolayısıyla zərbə kimi şərh edir.
Musavat.com
21 Iyul 2025
20 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ