Onlayn ictimai-siyasi qəzet
ABŞ Müdafiə Nazirliyi gərginliyin artacağı təqdirdə İsrailin müdafiəsinə dəstək vermək üçün Yaxın Şərqdəki qüvvələrinin yerini dəyişəcək.
“Report” xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinqh keçirdiyi növbəti brifinqdə bildirib.
“Bununla bağlı ABŞ-ın müdafiə naziri Lloyd Ostin regionda Amerika hərbçilərinin təhlükəsizliyinin gücləndirilməsi və İsrailin müdafiəsinə dəstəyin artırılması üçün bir sıra qüvvələrin balansında dəyişikliklərin həyata keçirilməsi üçün əmr verəcək”, - deyə Sinq bildirib.
Onun sözlərinə görə, Ostin İsrailin müdafiə naziri Yoav Qalantla söhbətində ona Birləşmiş Ştatların gördüyü əlavə tədbirlər, o cümlədən gələcəkdə qüvvələr balansında dəyişikliklər barədə məlumat verib.
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ