İnsanlara hürriyət, millətlərə istiqlal!

Pentaqon: "Artıq "Vaqner" Ukraynadakı müharibədə aktor deyil"

"Artıq "Vaqner” xüsusi hərbi şirkətinin silahlıları Rusiyanın Ukraynaya qarşı müharibəsində aktor deyil”.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü general Patrik Rayder deyib.

Onun sözlərinə görə, “Vaqner” Ukraynadakı müharibədə ciddi mənada rolunu itirib: “Onların effektivliyi azalıb”.

Xatırladaq ki, avqustun 23-də “Vaqner”in rəhbəri Yevgeni Priqojinin içində olduğu təyyarə Tver vilayətində qəzaya uğrayıb. Qəza nəticəsində Priqojinin öldüyü təsdiqlənib. Bir çox ekspertin fikrincə, bundan sonra “Vaqner” parçalanacaq.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR