İnsanlara hürriyət, millətlərə istiqlal!

Pensilvaniyada DƏHŞƏT: Xəstəxanaya silahlı basqın — Ölən polis, yaralı həkim və girovlar  

ABŞ-ın Pensilvaniya ştatının York şəhərində baş verən silahlı hücum şəhəri şoka salıb.

Musavat.com xəbər verir ki, naməlum silahlı şəxs yerli xəstəxanaya basqın edərək bir neçə nəfəri girov götürüb və qanlı qarşıdurma yaradıb.

Hadisə zamanı xəstəxananın tibb bacısı, həkim və mühafizəçisi yaralanıb. Silahlı şəxs polisə müqavimət göstərərək atışma törədib. Nəticədə bir polis əməkdaşı həlak olub, daha iki polis isə ağır yaralanıb.

Polis qüvvələrinin əməliyyatı nəticəsində hücum edən şəxs zərərsizləşdirilib. Hazırda onun kimliyi və bu addımı atmasının motivləri araşdırılır. Hadisə ilə bağlı istintaq davam edir.

Şəhər sakinləri və xəstəxana işçiləri baş verənləri qorxu və narahatlıqla qarşılayıblar. Yerli hakimiyyət orqanları təhlükəsizlik tədbirlərini gücləndirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR