Onlayn ictimai-siyasi qəzet
Əfsanəvi braziliyalı futbolçu Pelenin anası Selesta Arantes dünyasını dəyişib.
101 yaşlı Selesta Arantesin bir həftədən çoxdur xəstəxanada olduğu məlum olub. Lakin onun ölüm səbəbi açıqlanmayıb.
Xatırladaq ki, Pele 2022-ci ilin dekabrında 82 yaşında vəfat edib. O, "Santos" və "Nyu-York Kosmos" klublarında oynayıb. Dərmanlar
Pele yeganə futbolçudur ki, oyunçu kimi üç dəfə dünya çempionu olub (1958, 1962 və 1970-ci illərdə).//Oxu.az
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ