İnsanlara hürriyət, millətlərə istiqlal!

Pekin düşmənlərinə qarşı "kiber-arılar" yaradır - SENSASİNON DETALLAR

Çin alimləri arıların beyninə mikro-kontrollerlər yerləşdirərək onları "kiber-arılara" çevirir.

Musavat.com xəbər verir ki, bu haqda The Telegraph nəşri məlumat yayıb.

Məlumata görə, bu texnologiya kəşfiyyat məqsədləri, o cümlədən təbiət fəlakətlərindən sonra sağ qalan insanların axtarışı üçün istifadə oluna bilər.

Ancaq hazırda əsas çətinlik enerji mənbəyi ilə bağlıdır. Kiçik batareyalar arıların uzun müddət işləməsinə imkan vermir, daha güclü batareyalar isə artıq çəki yaradır və arının hərəkətinə mane olur.

Ekspertlər bildirirlər ki, bu texnologiyanın inkişafı gələcəkdə Pekin tərəfindən rəqiblərə qarşı kiber silah kimi də istifadə edilə bilər. Arıların təbii çevikliyi və manevr qabiliyyəti onları ideyal kəşfiyyat alətinə çevirə bilər.

Hazırda layihə təcrübə mərhələsində olsa da, bəzi Qərb ölkələri bu inkişafı qeyri-ənənəvi hərbi texnologiya kimi qiymətləndirir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR