İnsanlara hürriyət, millətlərə istiqlal!

Paytaxt işğaldan azad edilmiş şəhərlərdən birinə köçürülə bilər?

"Hazırkı şərtlər daxilində paytaxtın başqa əraziyə köçürülməsi planı doğru deyil".

Bunu Qaynarinfo-ya açıqlamasında İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Rəşad Həsənov paytaxtın Bakıdan işğaldan azad edilmiş şəhərlərdən birinə köçürülməsilə bağlı səslənən fikirlərə münasibət bildirərkən deyib.

Rəşad Həsənov bildirib ki, paytaxtın Bakıdan kənara köçürülməsi ətrafında müzakirələr zaman-zaman gündəmə gəlsə də, hələlikdə bunun reallaşması üçün ciddi siyasi və iqtisadi səbəblər yoxdur:

"Paytaxtın daha təhlükəsiz bölgədə olması məqbuldur. Bir çox dövlətlər, o cümlədən Azərbaycan üçün bu önəmli məsələdir. Bu planı gerçəkləşdirmək, paytaxtın hansısa ucqar ərazilərə köçürülməsi indiki şərtlər daxilində həm mümkün, həm də doğru deyil. Paytaxtın yeri dəyişdiriləcəksə, bununla bağlı fundamental analizlər aparılmalı, ölkənin bütün istiqamətləri, xüsusən də ucqarlar üçün əlçatan olmalıdır. Burada böyümə imkanlarının nəzərə alınmasına da ehtiyac var”.

Screenshot_1.png (335 KB)

Ekspertə görə, paytaxtın köçürülməsi deyil, daha real proqramların icra olunması daha yaxşı olar: "Məsələn, mərhələli şəkildə sənaye müəssisələri, xüsusən də ağır sənayenin şəhərdən kənarlaşdırılmalı, tarazlı inkişaf nəticəsində qoyulan investisiyalar bölgələrə yönəldilməli, paytaxtın yükü müəyyən qədər azaldılmalı, təhsil müəssisələri paytaxtdan köçürülməlidir. Bu kimi proqramlar daha real görünür, nəinki paytaxtın Bakıdan digər ərazilərə, xüsusən də işğaldan azad edilmiş ərazilərə köçürülməsi. Bu günki şərtlər daxilində belə müzakirələri zaman itkisi hesab edirəm".

Qeyd edək ki, son zamanlar paytaxtın Bakıdan işğaldan azad olunmuş böyük şəhərlərin birinə köçürülməsi ətrafında ictimai müzakirələr gedir. Hətta yeni paytaxt kimi Xankəndi, Şuşa, Ağdam şəhərlərinin adları da çəkilir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR