İnsanlara hürriyət, millətlərə istiqlal!

Payızda bu vərdişlər xəstələnməyə səbəb olur

Həkim Svetlana Burnatskaya immuniteti aşağı salan amilləri açıqlayıb.

Musavat.com lent.az-a istinadən bildirir ki, mütəxəssisin fikrincə, yuxusuzluq və stress payızda immuniteti zəiflədir.

Yuxunun olmaması, həddindən artıq stress və bir sıra digər amillər payızda immunitetin azalmasına və xəstəlik riskini artıra bilər.

Xroniki stress immunitet sistemini sıxışdıra bilən kortizol istehsalına səbəb olur. Orqanizmin viruslarla mübarizə qabiliyyətinə pis qidalanma və oturaq həyat tərzi də təsir edir.

Uşaqlar və qocalar ən çox payızda xəstələnirlər. Uşaqlarda immun sistemi hələ tam formalaşmayıb, yaşlı insanlarda isə yaşla birlikdə zəifləyir. Diabet, astma və ürək-damar xəstəlikləri olan xəstələr də risk altındadır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR