İnsanlara hürriyət, millətlərə istiqlal!

Patriarx Kirill rusları "müqəddəs müharibə"yə çağırdı

Rus Pravoslav Kilsəsinin rəhbəri Kirill knyaz Aleksandr Nevskidən nümunə götürərək insanları Vətənin müdafiəsinə getməyə çağırıb.

Musavat.com xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

“Sankt-Peterburqdakı patriarx Kirill pravoslavları Aleksandr Nevski kimi Vətənin müdafiəsinə getməyə çağırıb”, - agentliyin Teleqram kanalında dərc olunan nəşrdə deyilir.

Moskva 2022-ci il fevralın 24-dən xüsusi hərbi əməliyyat keçirir. Xəbər verdiyimiz kimi, çərşənbə axşamı Rusiya prezidenti Vladimir Putin Şərq İqtisadi Forumunda çıxışı zamanı bildirib ki, son 6-7 ayda ölkə ordusu ilə 270 min insan müqavilə imzalayıb.

Qeyd edək ki, orta əsrlərdə də kilsə rəhbərləri həmişə dövlət rəhbərlərinin, xanədanlıqların əlaltısı olub, xalqı "xaç yürüşləri"ndə iştirak etməyə çağırıb və məşhur "səlib yürüşləri"ini "müqəddəs savaş" elan ediblər.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR