Onlayn ictimai-siyasi qəzet
Ermənistan parlamenti ölkənin Avropa İttifaqına üzvlük prosesinin başlanmasına dair qanun layihəsini təsdiqləsəydi, məntiqli olardı.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu yanvarın 23-də parlamentdə keçirilən ənənəvi brifinqdə hakim “Vətəndaş sazişi” partiyasının parlament fraksiyasının katibi Artur Ovannisyan deyib.
Erməni deputat, səsvermənin necə keçiriləcəyi ilə bağlı hələ qərar verilmədiyini söyləyib. “Mən indi həll yolundan deyil, məntiqdən danışıram. Bəli, düşünürəm ki, bu layihə təsdiqlənəcək. Bizi bu qanun layihəsini rədd etməyə sövq edəcək heç bir maneə görmürük”, - deyə, Ovannisyan qeyd edib.
Musavat.com
23 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ