Onlayn ictimai-siyasi qəzet
Ermənistanda hakim “Vətəndaş sazişi” partiyasından olan deputat Sergey Baqratyanın həyat yoldaşına məxsus qum mədəni bağlanıb.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunun üçün yerli hüquq-mühafizə orqanları 1 il çalışmalı olublar.
Rəsmi məlumatda Ararat rayonunun Rəncbər kəndində yerləşən mədəndə heç bir iş aparılmadığı qeyd olunur.
İxtisasca geoloq olan Sergey Baqratyan “Çiçəklənən Ermənistan” partiyasının sıralarını tərk edərək, “Vətəndaş sazişi” partiyasının siyahısı ilə deputat olduqdan sonra, biliyini qum mədənində tətbiq etməyə başlayıb. Onun həyat yoldaşı Naira Akopyan “Arak” MMC vasitəsilə Rəncbər kəndində 64 hektar torpaq sahəsini icarəyə götürüb.
Şirkət bu ərazidə bağ salmaq bəhanəsi ilə qazıntı işlərinə başlayıb. Baqratyanın sözlərinə görə, həmin an ərazidə yararsız qum qatının olduğunu görüblər və ağacların əkilməsi üçün onu çıxarmağa çalışıblar. Beləliklə, onlar gündə 100-dən çox yük maşını ilə ərazidən qum çıxarmağa nail olublar.
Bir ilə yaxın yerli hüquq-mühafizə orqanlarının əməkdaşları onu narahat etməyiblər. Qeyri-qanuni qum hasilatı ilə bağlı yerli mediada çıxan xəbərlərdən deputatın arvadı payını Sergey Baqratyanla əlaqəli başqa şəxs Vrej Yeqoyana verib. Sonuncu Baqratyanın biznes ortağı sayılır.
Qeyd edək ki, Rəncbər Azərbaycanın tarixi torpağı sayılır. Bu kənddə 1988-ci ilə qədər ancaq Azərbaycan türkləri yaşayıb.
Musavat.com
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ