İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyanın deputatından İLGİNC AÇIQLAMA

“BMT baş katibinin və beynəlxalq tərəfdaşların delimitasiya prosesini yüksək dəyərləndirməsi fonunda susqunluq göstərən ölkələr var. Bu isə bizə əsaslı şübhələr yaradır ki, baş verənlər onların maraqlarına əsaslanmır”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə hakim “Vətəndaş sazişi” partiyasının deputatı Vladimir Vardanyan deyib.

O, prosesin İran və Gürcüstan tərəfindən müsbət qarşılandığını xatırladıb.

Vardanyanın sözlərinə görə, etiraz hərəkatında iştirak edən insanlara diqqət yetirilsə, onların çoxunun üçüncü ölkələrlə sıx əlaqələri olduğu görünəcək.

Erməni deputat müxalifəti insanların emosiyaları ilə oynamamağa çağırıb və bunu təhlükəli hadisə adlandırıb.

“Mən Kirantsdan delimitasiya və demarkasiya ilə bağlı sualdan başqa hər şeyi eşidirəm. Emosional ifadələr var ki, əslində heç bir əsası yoxdur. Emosiyalar olmadan müzakirələr aparsaq, daha effektli olar”, - deyə Vardanyan qeyd edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR