Onlayn ictimai-siyasi qəzet
Ermənistan baş naziri Nikol Paşinyanın 2026-cı ildə keçiriləcək parlament seçkiləri ərəfəsində rəqiblərini sıradan çıxarmaq üçün yeni bir plan hazırladığı iddia olunur.
Musavat.com Ermənistanın “Joxovurd” qəzetinin məlumatına əsasən yazır ki, Paşinyan hüquq-mühafizə orqanlarına göstəriş verərək, hakimiyyəti tənqid edən müxalifətçilərin həbsi üçün əsas tapılmasını, hətta lazım gəldikdə bu əsasların “yaradılmasını” tələb edib.
Qəzet yazır ki, Paşinyan seçkilər öncəsi siyasi meydanı öz nəzarəti altına almağa çalışır. Onun hədəfi, yalnız ona tam sadiq şəxslərin və onunla razılaşmaya hazır olan müxalifət nümayəndələrinin siyasi arenada qalmasıdır.
“Paşinyan hakimiyyətini tənqid edən və ona real təhlükə yaradan qüvvələri sıradan çıxarmaq üçün bütün vasitələrdən istifadə edir. O, müstəqil mövqeyi olan və “Vətəndaş müqaviləsi” ilə razılaşmayan müxalifəti tamamilə susdurmağı planlaşdırır,” - deyə qəzet vurğulayır.
Ekspertlər qeyd edirlər ki, 2026-cı il seçkiləri Paşinyan üçün mühüm dönəm olacaq. Onun müxalifəti təzyiqlərlə sıradan çıxarmaq cəhdləri daxili sabitliyi pozmaqla yanaşı, ölkənin beynəlxalq müstəvidə daha böyük təzyiqlərlə üzləşməsinə səbəb ola bilər.
Musavat.com
12 Yanvar 2025
11 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ