İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyandan növbəti sərsəm BƏYANAT - Azərbaycan tanımayacaq...

“Azərbaycan Ermənistanın ərazi bütövlüyünü heç vaxt tanımayacaq, əksinə, ona qarşı yeni hücumlar həyata keçirməyi qarşısına məqsəd qoyub”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan bu gün keçirdiyi mətbuat konfransında deyib.

“Biz Dağlıq Qarabağdan danışanda Azərbaycan bunu ərazi bütövlüyünə və suverenliyinə qəsd kimi dəyərləndirir. Bunu Ermənistanın onun ərazi bütövlüyünü tanımadığını və tanımaq niyyətində olmadığını sübut kimi irəli sürür. Bu ritorikanı inkişaf etdirərək deyirlər ki, əgər belədirsə, biz də Ermənistanın ərazi bütövlüyünü tanımırıq”, - deyə Paşinyan bildirib.

“Azərbaycan hesab edir ki, hərbi uğur qazanıb və maksimum nəticə əldə etmək üçün onu inkişaf etdirmək lazımdır. Onlar fikirləşirlər ki, 1994-cü ildə hərbi qələbə qazanan, lakin bu qələbənin möhkəmləndirilməsində ardıcıl davranmayan erməni tərəfinin irəliləməsinə yol verməməlidirlər”, - deyə Nikol Paşinyan əlavə edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR