İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyandan növbəti çağırış: “Laçın dəhlizinə beynəlxalq faktaraşdırıcı missiya göndərilsin”

“Ermənistan beynəlxalq ictimaiyyəti Dağlıq Qarabağa və Azərbaycanın blokladığı Laçın dəhlizinə faktaraşdırıcı missiya göndərməyə çağırır”. Bu barədə baş nazir Nikol Paşinyan hökumətin iclasında bildirib.

Musavat.com “TASS”a istinadən xəbər verir ki, Ermənistanın baş naziri qeyd edib ki, İrəvan beynəlxalq ictimaiyyətdən daha əsaslı addımlar gözləyir: “Laçın dəhlizinin blokadası Dağlıq Qarabağa və Laçın dəhlizinə beynəlxalq faktaraşdırıcı missiyanın göndərilməsini daha da zəruri edir və bu istiqamətdə daimi səylər göstərilməlidir”

Ermənistan Nazirlər Kabinetinin rəhbərinin qeyd etdiyi kimi, İrəvan beynəlxalq ictimaiyyətdən, o cümlədən “BMT Təhlükəsizlik Şurasının daimi üzvü, sülhməramlı qoşunları Dağlıq Qarabağda yerləşdirilən Rusiyadan” Laçın dəhlizinin qarşısının alınması üçün daha məzmunlu addımlar gözləyir.

Nigar Həsənli,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR