Onlayn ictimai-siyasi qəzet
Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətinə gəlib.
Bu barədə Baş nazirin mətbuat xidməti məlumat yayıb.
Məsələnin Azərbaycan-Ermənistan sərhədinin delimitasiya və demarkasiyası ilə əlaqədar olması barədə erməni mətbuatında iddia yayılıb.
Paşinyanın sözçüsü Nazeli Baqdasaryan “MediaHub”un məsələ ilə bağlı sualına cavabında deyib ki, hazırda deyiləcək heç nə yoxdur.
Ermənistan Baş naziri bir neçə gün əvvəl əvvəl Tavuşa gedəcəyini, delimitasiya və demarkasiyanın buradan başlayacağını açıqlayıb.
Tavuş istiqamətində həm də Ermənistanın Azərbaycana qaytaracağı ərazilər yerləşir. Söhbət Qazax rayonunun 7 kəndindən gedir.//teleqraf.com
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ