Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan qaçqınlar mövzusuna toxunaraq, bu istiqamətdə rəsmi sənədin mövcud olduğunu bildirib.
"Qaçqınlar mövzusundan danışırıqsa, artıq qeyd etdim ki, hətta Qarabağa və ona bitişik rayonlara qaçqınların qaytarılması ilə bağlı sənədimiz də var. Ermənistanda və diasporda Naxçıvandan, Bakıdan, Sumqayıtdan, Qarabağa bitişik rayonlardan, Gəncədən və s. qaçqınlar var", – deyə Paşinyan bildirib.
Qeyd edək ki, Ermənistan-Azərbaycan münaqişəsinin nəticəsi olaraq hər iki tərəfdə məcburi köçkün və qaçqın problemi mövcuddur. Bakı və İrəvan arasında aparılan sülh danışıqlarında bu məsələnin də müzakirə olunduğu bildirilir.
Musavat.com
14 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ