İnsanlara hürriyət, millətlərə istiqlal!

“Paşinyan ordunun güclənməsindən qorxur” - İDDİA

“Ermənistan hakimiyyətinin yeganə məqsədi ordunun bərpa olunmasının qarşısını almaqdır”.

Musavat.com xəbər verir ki, bunu jurnalistlərlə söhbətində Ermənistan parlamentinin müxalifətçi deputatı Anna Mkrtçyan bildirib.

O, Ermənistanın və ordusunun yeganə problemi kimi indiki hakimiyyətin adını çəkib.

Erməni deputatın sözlərinə görə, Paşinyan ordunun güclənməsindən qorxur.

“Bu gün bizim gün deyil, satqın Nikolun (Ermənistanın baş nazirini nəzərdə tutur - red.) günüdür, o, hər dəfə bir qrup cinayətkarla birlikdə qalib yürüşümüzü kəsə bildiyini göstərməyə çalışır. Onlar hər il buraya hamımızı ələ salmaq, insanların hər şeydən məhrum etdiklərini göstərmək üçün gəlirlər”, - deyə Mkrtçyan bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Yanvar 2025

29 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR