Onlayn ictimai-siyasi qəzet
“Ermənistan hakimiyyəti xarici düşmənə deyil, birbaşa ölkə daxilində, istənilən fərqli fikirlərə qarşı mübarizə aparır”.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu bəyanat yerli analitik Karen Bekaryan tərəfindən səslənib.
Onun sözlərinə görə, həbs silsiləsi dayanmır, bu cür davranış və münasibət isə getdikcə dözülməz xarakter alır.
Qeyd edək ki, “İmnemnimi” podkastının həmmüəllifləri və aparıcıları Narek Samsonyan və Vazgen Saqatelyan məhkəmənin qərarı ilə 2 ay müddətinə həbs ediliblər. Onlar 20 mart 2024-cü il tarixində yutubda yayımlanan bir proqramda “hökumət üzvlərinə və dövlət məmurlarına ünvanlanan nalayiq ifadələrə görə” saxlanılıblar.
Musavat.com
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ