İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan Makrona ZƏNG VURDU: Sülh sazişini müzakirə etdi

Ermənistanın baş naziri Nikol Paşinyan ilə Fransa prezidenti Emmanuel Makron arasında telefon danışığı baş tutub. 

Musavat.com "News.am"a istinadən xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, Paşinyan Fransa prezidentinə Ermənistan və Azərbaycan arasında “Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında” saziş layihəsinin razılaşdırılması və müzakirələrin başa çatması barədə məlumat verib.

Tərəflər həmçinin Ermənistan-Fransa və Ermənistan-Avropa İttifaqı münasibətlərini, eləcə də Cənubi Qafqaz regionu ilə bağlı digər məsələləri müzakirə ediblər.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Mart 2025

16 Mart 2025

BÜTÜN XƏBƏRLƏR