İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan Lukaşenkonun bəyanatlarına şərh vermədi

Ermənistanın baş naziri Nikol Paşinyan Belarus prezidenti Aleksandr Lukaşenkonun son bəyanatları ilə bağlı suala cavab verməkdən imtina edib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu gün keçirilən mətbuat konfransında jurnalistlər Paşinyandan Belarus liderinin son açıqlamalarını şərh etməsini istəyiblər.

Lakin Paşinyan qısa cavab verib:

"Bütün hörmətimlə qeyd edirəm ki, Lukaşenko ilə dialoqum başa çatıb. Onunla artıq mübahisə edəcək heç nə yoxdur".

Xatırladaq ki, bir neçə gün əvvəl Aleksandr Lukaşenko 44 günlük müharibənin məsuliyyətinin Ermənistanın üzərində olduğunu bildirən açıqlamalar verib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

31 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR