Onlayn ictimai-siyasi qəzet
Ermənistanın baş naziri Nikol Paşinyan həftəsonu Azərbaycanın Qazax və Tovuz rayonlarıyla sərhəddə yerləşən Tavuş vilayətinə səfəri zamanı “Kirants” adlanan kənddə olub.
O, Azərbaycanla Ermənistan arasındakı tikanlı məftilləri seyr edib.
Musavat.com xəbər verir ki, Paşinyan bu haqda özünün telegram-kanalında video paylaşıb və yazıb ki, Kirantsa çəkilən yeni yol tezliklə hazır olacaq.
Məlumata görə, səfər zamanı baş naziri Tavuş qubernatoru Qalumyan və digər məsul şəxslər müşayiət edib.
Musavat.com
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ