İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan kiminlə görüşəcək: Əli Əsədovla, yoxsa Prezident Əliyevlə? – Tural Abbaslı ilə “Canlı debat”

Ermənistan və Azərbaycan baş nazirləri arasında bu həftə görüş keçirilə bilər. Erməni mənbələrinin iddialarına görə, Nikol Paşinyanla Əli Əsədov arasında görüş avqustun 25-də və ya 26-da Bişkekdə baş tuta bilər. Görüş baş tutarsa, orada Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi ilə bağlı məsələlərin müzakirə olunacağı bildirilir.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Pezidenti Vladimir Putin və Ermənistan baş naziri Nikol Paşinyanın növbəti üçtərəfli görüşü avqustun 31-də Moskvada baş tuta biləcəyi deyilir. Bu barədə də Ermənistanın "Hraparak" nəşri yazıb. "Rusiya dairələrindən alınan məlumata görə, İlham Əliyev bu görüşdə Zəngəzur dəhlizi haqda məsələni qaldıracaq. Rusiyalılar hesab edir ki, Əliyev qətiyyətlidir və Paşinyanın vədlərinə inanmaq və ona vaxtı uzatmağa imkan vermək niyyətində deyil", - nəşr qeyd edib.


Maraqlıdır ki, bir neçə gün əvvəl Rusiyanın baş naziri Mişustin Əli Əsədova zəng etmişdi. Təsdiq olunmamış xəbərlərə əsasən, demək olar ki, Rusiya Qarabağ danışıqlarında yenidən fəal rol olmağa başlayıb. Brüssel də son gərginlikdən sonra tərəfləri görüşdürmək üçün cəhdləri artırıb. Azərbaycanın “Qisas” əməliyyatından sonra diqqətçəkən bir məqam oldu. ABŞ və Avropa Şurası rəhbərliyi Bakıya və İrəvana zəng etsələr də, Putin Bakı ilə heç bir təmas qurmadı. Halbuki həmin ərəfədə iki gün ərzində Paşinyan iki dəfə Putinlə danışdı. Bu nəyi göstərir? Moskva Bakının mövqeyini tam haqlı hesab edir, o səbəbdən Bakı ilə hər hansı təmas olmadı, yoxsa Moskva üçtərəfli görüşü daha da əhəmiyyətli etmək üçün uyğun vaxtı gözləyir? Əli Əsədovla Paşinyanın görüşü baş tutarsa, bu da şübhəsiz ki, Rusiyanın aktivinə yazılacaq, ola bilər ki, Mişustin də görüşdə iştirak etsin. Beləliklə, Rusiya Qarabağ danışıqlarında həm də çox mühüm bir mərhələdə-Laçının boşaldılmasını nəzərdə tuturuq-yenidən təşəbbüsü tam ələ almaq niyyətindədir. Brüsellin Moskvanın yenidən Qarabağ məsələsində təşəbbüsə yiyələnməsinə hansı reaksiya göstərəcəyi də maraqlıdır.

Bu və gündəmdəki digər xəbərləri bu gün saat 12.00-də Ağ Partiyanın sədri Tural Abbaslı ilə müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edəcəyik.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat


Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR