Onlayn ictimai-siyasi qəzet
Ermənistanın baş naziri Nikol Paşinyan yüksək ruhanilərlə mübarizədə əməli fəaliyyətə keçir.
Musavat.com-un məlumatına görə, bunu erməni mediası yazıb. Bildirilir ki, Paşinyan bütün ermənilərin katolikosunu uzaqlaşdırmaq üçün koordinasiya qrupu yaratmaq niyyətindədir.
Qrupun ilk 10 üzvünü baş nazirin özü seçəcək. Bu barədə sosial şəbəkələrdə yazan baş nazir seçim meyarlarını göstərib - bizə insanlar lazımdır: İsa Məsihə bütün varlığı ilə inanırlar; həyatlarında ən azı bir dəfə Müqəddəs Kitabı əvvəldən-axıra qədər oxuyublar; son 5 ildə ən azı bir dəfə oruc tutan, hər gün dua edən. N.Paşinyanın fikrincə, “ruhun gözləri” bu kriteriyalara cavab verib-vermədiyini anlamağa kömək etməlidir.
Baş nazir artıq bir neçə gündür ki, II Qaregini subaylığı pozmaqda günahlandırır və bəyan edir ki, o, kilsənin rəhbəri postunu boşaltmalıdır.
Musavat.com
11 Iyun 2025
03:54 Azərbaycanın 700 bal toplayanları - 116 nəfər indi harada işləyir və necə yaşayır? - ARAŞDIRMA
10 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ