İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan ittifaq dövlətindən DANIŞDI

“Rusiya ilə ittifaq dövləti yaratmaq barədə rəsmi təklif olmayıb və ola da bilməz”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan bu gün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, reallıq göründüyü qədər sadə deyil. “Bəzən problemin mətninə deyil, kontekstinə və qlobal proseslərə dərindən baxmaq lazımdır. Bizim üçün Ermənistanın suverenliyi və dövlətçiliyi mütləq dəyərdir. Biz dövlətin mövcudluğunu təmin etməyi özümüzə borc və məsuliyyət hesab edirik”, - deyə Paşinyan söyləyib.

Ermənistana qeyri-rəsmi kanallar vasitəsilə təzyiq edilib-edilmədiyi ilə bağlı suala erməni hökumət başçısının cavabı maraqlı olub. Onun sözlərinə görə, qeyri-rəsmi kanal ifadəsi başqa mənaları ifadə edə bilər: “Məsələn, ekspertlərin daimi söhbətlərini, habelə müxtəlif kontaktları da qeyri-rəsmi kanallar hesab etmək olar. Güman edirəm ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi də təzyiqdən danışarkən bunu nəzərə alıb”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR