İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan: Hazırda Ermənistanla Azərbaycan arasında xəritələr üzrə razılaşma yoxdur

Delimitasiya prosesində istifadə edilməli olan xəritələrlə bağlı Ermənistanla Azərbaycan arasında heç bir razılaşma yoxdur.

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə "hökumət saatı"nda deyib.

“Hazırda Ermənistanla Azərbaycan arasında xəritələrlə bağlı heç bir razılaşma yoxdur. Ermənistan Respublikası və Azərbaycan Respublikasının Alma-Ata Bəyannaməsi əsasında bir-birinin ərazi bütövlüyünü tanıması barədə razılıq var. Belə bir anlayış var ki, Ermənistanla Azərbaycan arasında delimitasiya prosesi olmalıdır”, - Paşinyan vurğulayıb.\\“Report”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR