Onlayn ictimai-siyasi qəzet
Ermənistan Baş naziri Nikol Paşinyan, Ermənistan ilə Azərbaycan arasında müharibənin qarşısını almaq və sülh qurmaq barədə mesaj verib.
Musavat.com xəbər verir ki, Paşinyan Azərbaycan ilə sülh sazişi üzərində razılaşmanın artıq hazır olduğunu və imzalanmağı gözlədiyini bildirib.
“Bugün bizim regionumuz üçün sülh və inkişafın təmin olunması istiqamətində öz töhfəmizi vermək imkanımız var. Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi və dövlətlərarası münasibətlər haqqında layihə razılaşdırılıb və imzalanmağı gözləyir. Biz bu yolu davam edəcəyik,” - Paşinyan vurğulayıb.
O həmçinin, daxili və xarici təhriklərə baxmayaraq, Ermənistan ilə Azərbaycan arasında müharibənin olmayacağına əmin olduğunu və sülhün təmin ediləcəyini qeyd edib. Paşinyan regionun sülh və inkişaf içində yaşamağa haqqı olduğunu bildirərək, bu prinsipə sadiq qalacaqlarını bildirib.
Musavat.com
09 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ