Onlayn ictimai-siyasi qəzet
Ermənistanın baş naziri Nikol Paşinyan yanvarın 15-də hökumətin iclasında çağırış yaşında olan gənclər arasında “qəfil” xəstəliklərin kütləvi şəkildə baş verməsi ilə bağlı narahatlığını ifadə edib.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, Paşinyan bu məsələni Müdafiə Nazirliyinin çağırışçıların tibbi məlumatlarının uçotu üçün nəzərdə tutulan elektron sistemin tətbiqi layihəsinin müzakirəsi zamanı qaldırıb.
Yeni layihəyə əsasən, çağırış komissiyaları “Armed” adlı sistem vasitəsilə vətəndaşların tibbi məlumatlarına çıxış əldə edəcək. Bu sistem çağırış yaşına çatan şəxslərin uşaqlıqdan başlayaraq xəstəlik tarixçəsini izləməyə və hərbi xidmət dövründə “qəfil” aşkar edilən xəstəlik halları ilə bağlı manipulyasiyaları müəyyən etməyə imkan verəcək.
Ermənistanın baş naziri hərbi xidmətdən yayınmanın sosial və psixoloji təsirlərinə də toxunub. O, qeyd edib ki, hərbi xidmətdən qanunsuz azad edilmə gənclərin psixoloji vəziyyətinə mənfi təsir göstərir və onların rəqabət qabiliyyətini azaldır.
Maraqlıdır ki, Nikol Paşinyanın özü hərbi xidmətdə olmayıb.
Musavat.com
16 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ