İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan “Ermənistan tarixi” və “erməni tarixi” mövzularında əcaib fəlsəfə mühakimələr yürüdüb

“Ermənistan tarixi” “tarixin müəyyən dövrlərdində dövlətin olmaması və dövlətin mövcudluğunun inkişaf tarixidir.

“Erməni tarixi” isə dövlətin tarixin müəyyən dövrlərində olması ilə birlikdə dövlətin yoxluğu məsələsidir.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, belə bir əcaib cümlə Ermənistan baş naziri Nikol Paşinyan tərəfindən, bu gün, iyulun 11-də hökumətin iclasında “Ermənistan tarixi” və “erməni tarixi” anlayışları təqdim olunarkən səslənib.

O, dövlətin uzunömürlülük strategiyasının əsas olduğunu bildirdi və onun təqdim etdiyi qavrayışın artıq cəmiyyət tərəfindən qəbul edildiyini söyləyib.

“Biz dövlətçiliyi, müstəqilliyi və suverenliyi strategiyamızın və siyasətimizin əsasına qoyuruq. Bildirməliyəm ki, dövlət tamam başqa düşüncə tərzidir, dövlət tamam başqa mədəniyyətdir, dövlət tamam başqa baxış bucağıdır və dövlətçilik şüurunun heç də həmişə mövcud olmadığını etiraf etmək üçün güc tapmalıyıq”,-deyə o, qeyd edib.

Paşinyanın fikrincə, dövlət ictimai həyatın mərkəzində olmalıdır. "Mənim qiymətləndirməmə görə, biz dünyanın və həyatın tamamilə fərqli şəkildə göründüyü “dövlət qavrayışının” qülləsinə qalxmağa çalışırıq, bu son dərəcə vacib bir prosesdir",-deyə o, söyləyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR