İnsanlara hürriyət, millətlərə istiqlal!

“Paşinyan doğru deyir, Ermənistanın Laçın yolunun...” – İlham İsmayıl

“Düşünmürəm ki, biz tərəfdaşlarımızla ultimatumlarla danışmalıyıq”. Musavat.com “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistan baş naziri Nikol Paşinyan Laçın yoluna dair İrəvanın Moskva qarşısında çıxış eləməsi ilə bağlı sualı cavablandırarkən deyib.

Paşinyan 10 yanvarda keçirdiyi mətbuat konfransında deyib ki, Rusiya öhdəliklərini yerinə yetirə bilmirsə, BMT Təhlükəsizlik Şurasına müraciət etməlidir: “Rusiya obyektiv və ya subyektiv səbəblərdən BMT Təhlükəsizlik Şurasının (TŞ) daimi üzvü kimi öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirə bilmədiyi halda, Rusiyanın Qarabağdakı sülhməramlı qüvvələrinə beynəlxalq mandat vermək üçün və yaxud 9 noyabrda imzalanmış üçtərəfli bəyanatla müəyyən edilmiş təhlükəsizlik qaydalarını təmin edəcək yeni çoxmillətli sülhməramlı missiyanı Qarabağa göndərmək barədə BMT TŞ-yə müraciət etməlidir”.

Nikol Paşinyanın həmçinin bəyan edib ki, Ermənistanın Laçın yolunun rahat işləməsini təmin etmək öhdəliyi yoxdur. Əsas vəzifələr Rusiya və Azərbaycana həvalə olunub.

Təhlükəsizlik eksperti İlham İsmayıl Musavat.com-a açıqlamasında Nikol Paşinyan bu fikirlərini belə şərh edib: “Paşinyan bu açıqlamasında Rusiyaya olan soyuq münasibətini, Rusiyaya narazılığını davam etdirmiş olub. Bu açıqlamanı KTMT-nin son sənədini imzalamaqdan imtina etməsi, ardınca parlamentin sədri Ararat Mirzoyanın Moskvaya getməsinə icazə verməməsi, sonra Laçın yolunda ekofəalların aksiyasına görə Rusiya sülhməramlılarını ittiham etməsinin davam kimi qəbul etmək lazımdır. Rusiyanı ittiham edir, günahlandırır və BMT TŞ-nin üzvü kimi sülhməramlılarına beynəlxalq mandat almasına çağırış edir. Lakin Paşinyan bir şeyi unudur ki, Rusiya uzağı mandat alması üçün müraciət edə bilər. Müraciət etmək isə mandat almaq demək deyil. Sülhməramlı qüvvələrə BMT mandatı verilməsi üçün üç vacib prinsipdən biri budur ki, tərəflər buna razı olmalıdır. Ərazi Azərbaycanın olduğu üçün tərəf bizik və bizim razılığım olmalıdır. Azərbaycan isə məsələnin beynəlxalq sülhməramlılar mandatı formasında həllini istəmirik. Hətta biz özümüz mandat vermək istəmirik, nəinki, BMT-nin mandat verməsinə razı olaq. Biz bundan imtina ediriksə, Rusiya BMT TŞ-yə Paşinyanın arzu etdiyi kimi nə qədər müraciə edir-etsin. Nəticəsi olası deyil. Paşinyan əslində bunu bilməmiş deyil, sadəcə əsas məqsədi Rusiyanı ittiham etməkdir. Həmçinin o, düşünür ki, Rusiya BMT-yə müraciət etsə bəlkə Azərbaycan tərəf kimi razılıq verəcək. Ancaq belə düşünürsə yanılır. Azərbaycan Rusiyanın sülhməramlılarının mandatsız formada fəaliyyət göstərməyə razılığını verib. Bundan artığı ola bilməz”.

İ.İsmayılın sözlərinə görə, Nikol Paşinyan “Ermənistanın Laçın yolunun rahat işləməsini təmin etmək öhdəliyi yoxdur, əsas vəzifələr Rusiya və Azərbaycana həvalə olunub” deyərkən tamamilə doğru deyib: “Paşinyan 10 noyabr üçtərəfli bəyanatına əsasən bunu deyib. Həqiqətən də belədir. İkincisi, Laçın yolu Azərbaycanın ərazisidir. O ərazi ilə bağlı Ermənistanın hansısa addımlar atmaq hüququ yoxdur. Üçüncüsü, Paşinyan açıqlamaları ilə Ermənistanın məğluiyyəti ilə bağlı ittihamları öz üzərindən götürüb yenə də məğlubiyyətin, yaranmış vəziyyətin günahını yenə də Robert Köçəryanın və Serj Sərkisyanın dövrünə yükləyir. O deyir ki, əgər 5 rayonun Azərbaycana qaytarılması və azərbaycanlıların Qarabağa qaytaırılması və idarəetmədə işturakına razılıq versəydi yenə də, onu satqınlıqda ittiham edəcəkdilər”.

E.Seyidağa,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR