Onlayn ictimai-siyasi qəzet
Ermənistanın baş naziri Nikol Paşinyan bir daha Belarusa səfər etməyəcəyini bildirib.
Musavat.com bu barədə erməni mediasına istinadən xəbər verir.
Ermənistanla KTMT arasında çətin münasibətlərdən danışan baş nazir Belarus prezidentinin məlum qalmaqallı bəyanatını xatırladıb. “KTMT ölkələrinin liderlərindən biri müharibənin hazırlanmasında iştirak etdiyini, Azərbaycanın qələbəsini ruhlandırdığını, inandığını və arzuladığını bildirir. Bundan sonra mən Belarus rəhbəri ilə KTMT formatında nəyisə müzakirə etməyə gedəcəm?”, - deyə Paşinyan bildirib.
“Bundan sonra bir daha Belarusa getməyəcəm. Nə qədər ki, prezident Aleksandr Lukaşenko Belarusdadır. Və ümumiyyətlə, bəyan edirəm ki, bundan sonra Ermənistanın bir dənə də olsun rəsmi nümayəndəsi Belarusa getməyəcək”, -Paşinyan söz verib.
ER-nin KTMT-yə üzvlüyünə gəlincə, Paşinyan nəzəri olaraq heç nəyi istisna etmir. Məsələn, Belarusun özü KTMT-dən çıxsa və ya Belarus prezidenti Ermənistan xalqı üçün üzrxahlıq və izahat tapsa, Ermənistan xalqı üçün bu, məqbul olacaq.
Musavat.com
30 Noyabr 2024
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ